Mojo.az Banner
17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub

18.06.2025 12:53 711
Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub
"TikTok" sosial şəbəkə hesabında işlətdiyi "makler555" adlı səhifəsi ilə kreditlə mənzillərin alınması, mənzillərin təmir olunması, fərdi yaşayış evlərinin tikilməsi elanları ilə ona müraciət edən şəxsləri aldadaraq pullarını ələ keçirən makler Daşqın Sərdar oğlu Məmmədov vətəndaşlara təxminən iki milyon manat ziyan vurub".

Bunu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.

O bildirib ki, sözügedən şəxslə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq aparılır:

"İş üzrə 250 nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edib. Onlardan 64 nəfəri zərərçəkmiş şəxs kimi qeydə alınıb. Cinayət nəticəsində vətəndaşlara dəyən ziyan iki milyon manat təşkil edir. İstintaq orqanı tərəfindən dəyən ziyanın ödənilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir".

Xatırladaq ki, mayın 14-də Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Daşqın Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner