Mojo.az Banner
11:51 Tramp BBC-ni məhkəməyə verdi  |     11:43 Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır  |     11:41 Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK  |     11:25 Tovuzda QƏZA: Ölən var  |     11:21 Qubada ƏMƏLİYYAT: Gənc oğlanın üzərində 11 kiloqram marixuana aşkar edildi  |     11:16 Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi - "Ramiz Mehdiyev işi" böyüyür  |     23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |     22:42 Qurban Qurbanov Əkbərlə görüşdü - Video  |     22:36 Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər  |     22:31 Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı  |     22:26 "Eliko"nun vəzifəli şəxsi cərimələndi  |     22:19 FHN 3 nəfərin meyitini aşkarlayıb  |     22:13 “Neftçi” xal itirdi  |     22:08 Gizir Xanıya şəhidlik statusu verildi  |     21:53 DİN və prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı  |     21:39 Şabranda qanunsuz ov edən şəxs saxlanılıb  |    
Left Banner
Right Banner

SWIFT haqqında doğru bilinən yanlışlar – Bu sistem necə işləyir?

17.06.2025 22:53 315
SWIFT haqqında doğru bilinən yanlışlar – Bu sistem necə işləyir?
Artıq bir düyməyə basmaqla dünyanın istənilən nöqtəsinə pul göndərmək mümkündür. Bu prosesi mümkün edən əsas vasitələrdən biri, bəlkə də ən mühüm olanı SWIFT sistemidir. Onun adı gündəlik həyatımızda çox hallansa da, əslində bu sistemin necə işlədiyi və maliyyə dünyasında hansı rolu oynadığı çoxlarına bəlli deyil.

Valyuta.az SWIFT sistemi haqqında məlumatları təqdim edir:

Tam adı “Society for Worldwide Interbank Financial Telecommunication” olan SWIFT 1973-cü ildə Belçikada yaradılıb. Məqsəd sadə idi, dünyanın fərqli banklarını və maliyyə qurumlarını etibarlı və standartlaşdırılmış bir telekommunikasiya platformasında birləşdirmək. Bu gün SWIFT artıq 200-dən çox ölkədə fəaliyyət göstərən 11.000-dən çox maliyyə institutunu bir araya gətirir.

Əksər insanlar SWIFT sistemini birbaşa “pul köçürmə xidməti” kimi qəbul edir. Halbuki bu belə deyil. SWIFT özü pul göndərmir. O, banklar arasında maliyyə əməliyyatlarına dair məlumatları (ödəniş göstərişləri, akkreditivlər, zəmanətlər və s.) şifrələnmiş və standartlaşdırılmış şəkildə ötürür. Bu, həm təhlükəsizliyi, həm də sürəti təmin edir.

Sistemdə iştirak edən hər bir bank və ya maliyyə qurumu unikal SWIFT/BIC kodu ilə tanınır. Məhz bu kodlar vasitəsilə banklar bir-birilə “danışır” və vəsaitin haradan-haraya getdiyini müəyyənləşdirir.

SWIFT sistemindən istifadə etmək üçün dörd əsas səbəb var.

Bunlardan ən vacib olanı təhlükəsizliyin təmin olunmasıdır.

SWIFT sistemində ötürülən bütün məlumatlar tam şifrələnmiş şəkildə hərəkət edir. Bu da saxtakarlıq riskini ciddi şəkildə azaldır. Beynəlxalq əməliyyatlarda bu, həyati əhəmiyyət daşıyır.

Bu sistemdə əməliyyatlar daha sürətlidir.

Əməliyyat məlumatları bir neçə saniyə içində dünyanın istənilən bankına çatdırılır. Bu sürət, xüsusilə təcili biznes və ya ticarət əməliyyatlarında böyük üstünlükdür.

Sistemin qlobal əhatəsi daha genişdir.

Bu gün SWIFT vasitəsilə dünyanın istənilən nöqtəsinə vəsait göndərmək mümkündür. İstər ABŞ, istər Yaponiya, istərsə də Azərbaycan – fərq etmir.

Bu sistemdə standartlaşdırma qaydalarına əməl olunur.

SWIFT mesajları beynəlxalq qəbul olunmuş formatlar əsasında ötürülür. Bu isə anlaşılmazlıqların qarşısını alır, bürokratik əngəlləri aradan qaldırır.

Azərbaycanda da SWIFT sistemi aktivdir. Belə ki, ölkənin bir çox bankı artıq uzun illərdir SWIFT sisteminin fəal üzvüdür. İxracat-idxalat əməliyyatları, beynəlxalq ödənişlər və maliyyə axınlarının idarə olunmasında bu sistemə olan inam ildən-ilə artır. Bu da ölkənin qlobal maliyyə sisteminə inteqrasiyasını daha da gücləndirir.

Bu gün SWIFT təkcə bir texnoloji platforma deyil, o, qlobal maliyyə sabitliyinin sütunlarından biridir. Xüsusilə beynəlxalq ticarət, korporativ maliyyə və s. xidmətlərdə SWIFT sistemi çox istifadə olunur. Yaxın gələcəkdə bu texnologiyanın daha da inkişaf edəcəyi və blokçeyn kimi sistemlərlə inteqrasiya olunacağı gözlənilir.скачать dle 11.3