Mojo.az Banner
22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |    
Left Banner
Right Banner

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

16.06.2025 20:43 1 350
Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb
Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə “Report”a Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib.

Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı.

Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı.

Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi.

ICMEI-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 204,54 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. 5 ayda Azərbaycandan İrana ixracın dəyəri 5,85 milyon ABŞ dolları (+29 %), bu ölkədən idxalın dəyəri isə 198,69 milyon ABŞ dolları (+11,1 %) təşkil edib.

2024-cü ildə isə iki ölkə 2023-cü illə müqayisədə 33 % çox - 647 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Rəsmi Bakı və Tehran bu göstəricini növbəti 5 il ərzində 10 milyard ABŞ dollarına çatdırmaq məqsədi qoyub.скачать dle 11.3
Mojo.az Banner