Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İqtisadiyyat Nazirliyi: "Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır"

23.06.2025 15:38 1 254
İqtisadiyyat Nazirliyi:
"Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır".

Bu barədə "Report"a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.

Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş, "Tacikistan Alüminium Şirkəti" (TALCO) ilə "Azəralüminium" ASC arasında anlaşma memorandumu, "Tajaqropromeksport" ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.

"Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik", - deyə nazirlikdən bildiriblər.

Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.

"Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar", - deyə qurumdan qeyd edilib.

Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6.54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.

Son xəbərlər