Mojo.az Banner
Left Banner
Right Banner

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi

16.06.2025 17:58 1 068
Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi
Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.

Median.Az
bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Bildirilir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb - onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.

Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.

Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.скачать dle 11.3
Mojo.az Banner