Mojo.az Banner
15:31 "Azərbaycan İranı qardaş ölkə hesab edir" - Hikmət Hacıyev  |     15:19 Qaranlıq kapitaldan separatçılığa uzanan yol - Ruben Vardanyan kimdir?  |     15:07 Bakıda fəhlə iş başında öldü  |     15:00 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     14:54 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq  |     14:48 Yaşa görə sosial şəbəkə tələblərinə görə cərimələr müəyyənləşdi  |     14:27 9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI  |     13:18 Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib  |     13:13 "Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm" dedi... - 26 minlik dələduzluq  |     13:05 Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)  |     13:00 Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək  |     12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |     12:31 Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi - VİDEO  |     12:25 Şəmkirdə iki yük avtomobili TOQQUŞUB - XƏSARƏT ALAN VAR  |     12:12 Astaranın iki kəndində qaz kəsiləcək  |     12:07 "Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     11:59 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     11:54 Netanyahu: "HƏMAS tərk-silah edilmədən Qəzzadan geri çəkilməyəcəyik"  |    
Left Banner
Right Banner

Bu məhsullar bahalaşacaq - SİYAHI

14.06.2025 21:26 618
Bu məhsullar bahalaşacaq - SİYAHI
Pensiyalar və sosial müavinətlər artan kimi ərzaq qiymətlərinin də bahalaşması Azərbaycanda tez-tez müşahidə olunan bir haldır. Bir tərəfdən artıma sevinən insanları ilk narahat edən məsələ ərzaq qiymətlərində görünən bahalaşma olur.

Ekspertlər hesab edirlər ki, insanların ən çox pul xərclədiyi sahə qida sektoru olduğu üçün tələb artdıqca təklif də ona uyğunlaşır. Başqa sözlə, marketinq fürsətcilliyi daim ayıqdır, pusquda gözləyir. İstehsalçılar və marketlər çox zaman pensiya və ya maaş artımını əlverişli fürsət kimi dəyərləndirirlər. Yəni, düşünürlər ki, insanlar daha artıq pul aldıqları üçün qiymət artımına qıcıqlanmayacaqlar.

Qeyd edək ki, iyunun 12-də imzalanmış fərmana əsasən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin iyulun 1-dən etibarən artırılması nəzərdə tutulur.

Bəs görəsən artımla daban-dabana yarışan bahalaşma “ənənə”si bu dəfə də gözlənilirmi?

İqtisadçı ekspert Xalid Kərimli Bizim Media-ya açıqlamasında bildirib ki, bu dəfə narahat olmağa dəyməz. Çünki 10-15% artımın maliyyə yükü inflyasiyanı artıracaq həcmdə deyil:

“Orta aylıq əməkhaqqı artsaydı bu, qiymətlərə təsir edə bilərdi. Çünki orta aylıq əməkhaqqı artımı əhəmiyyətli artımdır, bütün işləyən şəxsləri əhatə edir. Amma müavinətlərin artımı o gücdə deyil ki, tələb inflyasiyası yaratsın, camaat pul xərcləməyə yer tapmasın, qiymət bahalaşsın. Sosial müavinətləri alan şəxslərin sayı, spektri və artımın məbləği böyük inflyasiya təzyiqi yaratmır”.

X.Kərimli diqqətə çatdırıb ki, hazırda ölkədəki 6,3% bahalaşmanın daha fərqli səbəbləri var.

Bunlardan ən əsası keçən il benzinin (A 92) və dizelin qiymətinin qalxmasıdır. Bunun nəticəsində daşınma xərcləri artıb. Bundan başqa bu ilin yanvarında işıq-qaz qiymətlərində də artım oldu ki, bu da sahibkarların xərclərinin artmasına səbəb olub.

Mərkəzi Bankın bu günlərdə yaydığı bəyanatında deyilir ki, daxili faktorlar əsasında inlyasiyanın tətiklənəcəyi gözlənilmir.

Burada maraqlı bir fakt da var ki, adətən pensiya və müavinətlərin artımından sonra ilk hədəf kərə yağları olur. Belə düşünülür ki, kərə yağına tələb daim yüksəkdir, yəni Azərbaycan ailəsinin gündəlik istifadə etdiyi əsas məhsullardandır. İstər səhər yeməyində, istərsə də digər yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur. Ona görə də hər nə qədər bahalaşsa da, insanlar onu almağa davam edəcəklər. Təkcə kərə yağının qalxması ilə demək olar ki, ərrzaq səbətinə daxil olan əksər məhsulların qiyməti qalxır. Çünki yağ bahalaşsa, şirniyyat məmulatları, restoran və kafelərin menyusundakı yeməklərin qiyməti də qalxacaq.

X. Kərimlinin sözlərinə görə, son 15 ay ərzində kərə yağının qiymətlərində artım olub. Bunun səbəbi isə daxili faktorlarla əlaqədar deyil:

“Ümumiyyətlə həm duru, həm kərə yağının idxal qiyməti 30-35% artıb. Qeyd etdiyim kimi daşınma xərclərinin də artmasının yağın qiymətinin qalxmasına təsiri var”.

İqtisadçı vurğulayıb ki, aprellə müqayisədə may ayında Ümumdünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksi stabil qalıb. Buna görə də ciddi ərzaq qiymətləri təzyiqi gözlənilmir.скачать dle 11.3
Mojo.az Banner