Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni doğulan körpələrə görə verilən müavinət ARTIRILACAQ?

11.06.2025 14:58 1 254
Yeni doğulan körpələrə görə verilən müavinət ARTIRILACAQ?
Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir.

Bildiyimiz kimi, bəzi təqaüd və müavinətlər birbaşa minimum əməkhaqqı və minimum pensiya məbləğindən asılı olaraq dəyişir. Buna vəfat edən şəxsin yaxınlarına verilən dəfn pulu da aiddir. Yəni vəfat edən təqaüdçünün yaxınlarına əmək pensiyanın minimum məbləğinin üç misli qədər müavinət verilir. Yanvarda minimum əmək pensiyası 280 manatdan 320 manata qədər artırıldığı üçün, vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ də 840 manatdan 960 manatadək artıb.

Cəmiyyətdə isə vəfat edən şəxsə görə verilən müavinət artdığı halda, yeni doğulanlara görə verilən birdəfəlik müavinətin niyə artılmadığı müzakirə olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiyadan asılı olmayan müavinətlərin də artırılacağı gözləniləndir:

"Vəfat edən təqaüdçülərə görə dəfn pulunun artırılması birbaşa minimum pensiyanın artırılması ilə bağlı oldu. Çünki həmin məbləğ minimum pensiyanın üç misli həcmindədir. Yəni minimum pensiya artan zaman avtomatik olaraq həmin məbləğ də artır. Amma digər müavinətlər minimum əməkhaqqı, o cümlədən, minimum pensiyaya bağlı deyillər. Bir sıra müavinətlər minimum əməkhaqqına bağlıdır, bəziləri isə birdəfəlik müəyyənləşib.

Dövlət başçısı tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda sosial müavinətlər və təqaüdlərin artırılması nəzərdə tutulub. Bununla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verildi. Artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunub".

Deputatın sözlərinə görə, yaxın vaxtlarda sosial müavinətlər və təqaüdlərin artırılması baş verəcək:

"Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra hansı müavinətlərin, uşağın doğulmasına görə verilən müavinətin də artıb-artmamasını müəyyənləşdirmək mümkün olacaq. Hələlik sərəncama uyğun olaraq sosial müavinətlər və təqaüdlərin artırılacağı gözlənilir. Hansı müavinətlərdə artımların olması isə sənəd imzalandıqdan sonra bəlli olacaq".

Son xəbərlər