Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir manata görə "parkovşik"lər dalaşdı: Birinin çənəsi sındı

13.06.2025 23:01 711
Bir manata görə
Bakıda "parkovşik”lər arasında baş verən insidentlə bağlı məhkəmə qərarı verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dava Xətai rayonu, Ağ Şəhər bulvarında yerləşən Zəfər Parkının qarşısında avtomobillərin parklanmasına nəzarət edən şəxslər arasında, cəmi bir manat üstündə baş verib.

1992-ci il təvəllüdlü Nizami Məmmədov (soyad şərti) həmin ərazidə çalışan Tofiq adlı şəxslə mübahisə edib. Belə ki, Tofiq Nizamiyə yaxınlaşaraq, onun əraziyə gələn maşınlardan pul alıb-almadığını soruşub. Nizami isə belə bir halın olmadığını bildirib.

Bundan sonra Tofiq ərazidə pul yığan digər "parkovşik”lər haqqında nalayiq ifadələr işlədib. Bu isə Nizamini qəzəbləndirib və o, Tofiqi itələyib, üzünə bir şillə və bir yumruq zərbəsi endirib. Zərbənin nəticəsində Tofiqin alt çənə sümüyü sınıb və o, dərhal polisə müraciət edib.

Nizami barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən, Nizami 25 aprel 2025-ci ildən 29 may tarixinə qədər saxlanıldığı müddət nəzərə alınaraq (1 gün - 2 gün hesabı ilə), ümumilikdə 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.скачать dle 11.3
Mojo.az Banner