Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib

09.06.2025 21:33 1 029
Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib
Yaponiyanın nüfuzlu Nikkei nəşri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müsahibəni dərc edib.

XİN-dən apa-ya bildirilib ki, müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarın əldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrin mövqelərinin koordinasiyası prosesində COP29 sədrliyi ilə yaxından əməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.

Məqalədə həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdə təkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığı bildirilir.

Bu xüsusda, Y.Rəfiyev, inkişaf etməkdə olan ölkələri səfərbər etmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiya prosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarında qlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeyd edir və ABŞ-ın Paris Sazişindən çıxmaq barədə qərarından sonra beynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunu doldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunu vurğulayır.

Nazir müavini, inkişaf etmiş dövlətlər tərəfindən isə qlobal iqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğun namizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, Birləşmiş Krallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətini prioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə görünür bir fəaliyyət aparıldığı qeyd olunur.

Məqalədə həmçinin Y.Rəfiyevə istinadən, cari ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalı hədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadar etməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalı olduğu qeyd olunur.

Son xəbərlər