Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

"Xarı bülbül"də dava: Gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, döyüldü

07.06.2025 17:02 744
Sumqayıt şəhərində restoranda dava olub.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Xarı bülbül" restoranında keçirilən toy məclisində baş verib.

Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.

Müraciət üzrə təhqiqatçılar araşdırma aparıblar. Hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə "Xarı bülbül" restoranında keçirilən toy məclisində iştirak edib:

"Dayım oğlu Sənan və arvadı da toyda idilər. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdilər. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar".

Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə "Xarı bülbül" restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər:

"Toyda içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar".

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır:

"Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm".

Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Son xəbərlər