Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 2 milyon manatlıq mənimsəməyə görə həbs edilən direktora daha bir İTTİHAM

06.06.2025 22:20 750
Azərbaycanda 2 milyon manatlıq mənimsəməyə görə həbs edilən direktora daha bir İTTİHAM
"Şəmkir Un-Yem" MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Qeyd edək ki, o, xüsusilə külli miqdarda mənimsəmədə, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilir.

Məhkəmədə məlum olub ki, A.Əliyevə bunlardan əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması maddəsi ilə də ittiham verilib. İstintaqla müəyyən edilib ki, mənimsənilən dövlət vəsaitləri müxtəlif yerlərə köçürülərək həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

Prokuror cinayət işinin ağırlığını və işdə dəyişən halların qeydə alınmadığını əsas gətirərək seçilmiş həbs formasında qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. İlk iclasın qərarına əsasən, qətimkan tədbiri olduğu kimi saxlanılıb. İş məhkəmə baxışına verilib.

Baxış iclasında ittiham aktı oxunacaq, müttəhimin özünü təqsirli bilib-bilmədiyi məlum olacaq.

Qeyd edək ki, A.Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.скачать dle 11.3
Mojo.az Banner