Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyanın din xadimi barədə qalmaqallı sözləri komissiya tərəfindən araşdırılacaq

06.06.2025 21:12 771
Paşinyanın din xadimi barədə qalmaqallı sözləri komissiya tərəfindən araşdırılacaq
Ermənistanın Korrupsiyanın Qarşısının Alınması üzrə Dövlət Komissiyası (eyni zamanda etika məsələləri üzrə funksiyaları da yerinə yetirir) baş nazir Nikol Paşinyanın "Facebook" sosial şəbəkəsində din xadimləri ilə bağlı dərc etdiyi nalayiq paylaşım barədə araşdırmaya başlayıb.

Median.Az
Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiya sədrinin səlahiyyətlərini icra edən Mariam Qalstyan məlumat verib.

"Biz öz təşəbbüsümüzlə paylaşımın yayımlandığı gün araşdırmaya başlamışıq", - deyə o, vurğulayıb.

Qalstyan əlavə edib ki, komissiya Paşinyanın ifadələri ilə bağlı vəkil Ara Zoqrabyanın müraciətinə də baxır və böyük ehtimalla, iyunun 9-da araşdırmanın başlanıb-başlanılmaması ilə bağlı qərar veriləcək.

Onun sözlərinə görə, əgər Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman mövcud prosedura əsasən, o, ictimai izahat təqdim etməli olacaq.

Xatırladaq ki, Paşinyan mayın 29-da hökumətin iclasında erməni kilsələrini "zibillə dolu şkaflara" bənzətmişdi. Bundan sonra Erməni Apostol Kilsəsinin iyerarxlarına qarşı sərt tənqidlər və hücumlar başlamışdı. O, hətta arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi münasibətdə olmaqda ittiham etmişdi.

Daha sonra Paşinyan katolikosu din xadimlərinin qəbul etdiyi subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması, namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib.

Son xəbərlər