Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Komissiyası Paşinyanın feysbukdakı yazısı ilə bağlı araşdırmaya başlayıb

06.06.2025 18:21 606
Komissiyası Paşinyanın feysbukdakı yazısı ilə bağlı araşdırmaya başlayıb
Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.

"Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, - o qeyd edib.

Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.

Müvəqqəti komissiya rəhbərinin sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.

Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini bildirmişdi. Ertəsi gün Paşinyan feysbuk səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Onun yazdıqlarının hərfi tərcüməsi ədəb hüdudlarını aşır.

Daha sonra o, katolikosu subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması və namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsənin rəhbərinin seçilməsi

Son xəbərlər