Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Kritik 3 il başladı: Günəş dünyanı qaranlığa qərq edəcək? - Təhlükə riski (VİDEO)

04.06.2025 19:30 531
Kritik 3 il başladı: Günəş dünyanı qaranlığa qərq edəcək? - Təhlükə riski (VİDEO)
Günəşdə baş verən partlayışlar adi gözlə görünməz, lakin təsirli kosmik hadisələrdir. Bu partlayışlar nəticəsində yayılan plazma və radiasiya axınları yerə çataraq geomaqnit qasırğalarına səbəb ola bilər. Bəs dünyada fəlakətə səbəb ola biləcək günəş partlamaları baş verə bilərmi? Belə olduğu təqdirdə dünyanın elektriksiz qalması mümkündürmü? Partlamanın fəsadları nələr ola bilər?

“Report” yaranan suallara cavab tapmaq üçün mövzunu araşdırıb.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva bildiri ki, günəş hazırda özünün 25-ci aktivlik dövründədir:

“Hər 11 ildən bir günəşdə aktivlik dövrü artır. 2025-ci il günəşin ən aktiv dövrünə tasadüf edir və bu aktivlik təqribən 2028-ci ilə qədər davam edəcək. Sonra isə günəşin aktivliyi zəifləyəcək. Günəşin aktivlik dövründə alışmaların sayı kifayət qədər güclü və çoxsaylı olur. Bu alışma mayın 13-də C4 səviyyəli maqnit qasırğasına səbəb olmuşdu. Yəni mayın 13-də müşahidə olunan X alışmasının nəticəsini biz yerdə mayın 17-si güclü maqnit qasırğası kimi müşahidə etdik. Ümumiyyətlə, alışmaları dəqiqliklə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Biz bununla bağlı maksimum 3 gün əvvəldən məlumat verə bilərik. Ondan əvvəl verilən məlumat çox təxmini olacaq”.

Türkiyəli alim, astrofizik, NASA-nın sabiq əməkdaşı Umut Yıldız günəşin minimum və maksimum dövrlərində olan fəaliyyətindən bəhs edib:

“Günəş maksimum dövründə olanda biz daim yüksək enerjili hissəciklərin təsirinə məruz qalırıq və Yer üzündə bizi qoruyan Van Allen qurşaqları var ki, məhz onların sayəsində sağ qalırıq. Günəş minimum dövründə olduqda isə bu cür aktivliklər xeyli azalır, bu dəfə də Samanyolu qalaktikasının mərkəzindən gələn kosmik şüaların daha çox hücumuna məruz qalırıq. Qısacası, bu iki vəziyyət bir-birini müəyyən mənada tarazlayır. Bu baxımdan bu hal həyatımızın normal bir hissəsidir. Əslində milyonlarla ildir ki, günəş bu dövrləri belə yaşayır”.

Astrofizik bu istiqamətdə çəkilən film və serialları da şişirdilmiş hesab edir: “Açığı, bizə tam olaraq olaraq təsir edəcək bir şey baş verməyəcək. Çünki texnologiya inkişaf edib, elektrik sistemlərimiz də buna hazır vəziyyətdədir. Ona görə çox da böyük, fəlakətə səbəb olacaq bir partlamanın olacağını düşünmürəm”.

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Cənnət Səmədov geomaqnit qasırğalarının təsirlərindən söz açarkən bildirir ki, indiyədək qeydə alınmış ən böyük qasırğa Carrington Event kimi tarixə düşüb:

“Bu hadisə zamanı günəşdə böyük bir alışma müşahidə olunub və teleqraf sistemləri 3 günlük sıradan çıxıb, hətta bəzi teleqraf məntəqələrində yanğınlar belə baş verib. Geomaqint qasırğalarının təsirləri həm elektrik şəbəkələrinə, həm internet sistemlərinə, həm dataların saxlandığı bütün məlumatlar və verilənlər bazalarının olduğu serverlərə, eyni zamanda yerin əfrafında fırlanan süni peyklərə, bundan başqa insan sağlamlığına ciddi təsirlər göstərə bilir”.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimovanın sözlərinə görə, günəşdə baş verən prosesləri izləmək üçün müşahidələr aparılır:

“Orbital günəş rəsədxanaları yaradılıb hansı ki, onlar günəş fasiləsiz olaraq müşahidə edilir və o məlumatlar elə fasiləsiz olaraq da yerə ötürülür. Bu materiallar əsasında kosmik hava proqnozları hazırlanır. Kosmik hava proqnozlarının hazırlanmasında əsas məqsəd əgər güclü geomaqnit qasırğası ehtimalı varsa, yarana biləcək fəsadların qarşısını almaqdır. Təbii ki, belə olduğu halda bütün dünyanın işıqsız qalması real deyil”.

Daha ətraflı videomaterialı təqdim edirik:
скачать dle 11.3
Mojo.az Banner