Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.
