Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

DSX-dən Xəzərdə ƏMƏLİYYAT - Üç iranlı saxlanıldı (FOTO)

04.06.2025 12:13 1 284
DSX-dən Xəzərdə ƏMƏLİYYAT - Üç iranlı saxlanıldı (FOTO)
May ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus "Yamaha-55" markalı "Layner" tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları - 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





Son xəbərlər