Dövlət sərhədində İran vətəndaşları saxlanılıblar, səkkiz kq narkotik götürülüb
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları - 1968-ci il təvəllüdlü Qulamrza Qaçaq oğlu Cəmşidi və 1988-ci il təvəllüdlü Siyamək Səmədulla oğlu Yusifzadə - olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və güclü təsiredici vasitə hesab edilən “Metadon M-40” həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.