Mojo.az Banner
17:28 İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM  |     17:26 Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib  |     17:24 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI  |     17:00 Sabah 21 dərəcə isti olacaq  |     16:57 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub  |     16:54 Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək  |     16:53 Ərini öldürən qadına və sevgilisinə AĞIR CƏZA  |     16:52 İlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb  |     16:51 Şirvanda 15 min manatlıq oğurluq edən şəxslər tutulublar  |     16:48 Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var (Yenilənib)  |     16:43 39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıb (Yenilənib)  |     16:29 Şəmkir sakinini cərəyan vurub öldürdü  |     16:22 Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib  |     16:20 Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək  |     16:18 Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı  |     16:14 Ordubadda qaya uçdu, yolda hərəkət çətinləşdi  |     16:11 Bakıda şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI - FOTO - VİDEO  |     16:08 69 minlik dələduzluqda ittiham olunan azərbaycanlı məktəb direktoru Türkiyədə ƏLƏ KEÇDİ - FOTO  |     16:06 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     16:02 Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu  |    
Left Banner
Right Banner

Sosial yardımı kəsilən ailə DSMF əməkdaşlarına hücum etdi

04.06.2025 12:06 546
Sosial yardımı kəsilən ailə DSMF əməkdaşlarına hücum etdi
Mingəçevir şəhərində ər və keçmiş arvadı ünvanlı sosial yardımı kəsildiyi üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarına qarşı xuliqanlıq ediblər.

Hadisə Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə yaşayan Pənah və Nuranə adlı şəxslər ünvanlı sosial yardım almaq üçün boşanıb, qadın boşanmış 3 uşaq anası kimi DSMF-yə müraciət edib.

2016-cı ildə ailəyə ünvanlı sosial yardım təyin edilib və onlar 2023-cü ilə qədər aztəminatlı ailə kimi yardım alıblar.

2023-cü ildə aparılan araşdırmalar nəticəsində ailənin ünvanlı sosial yardımı dayandırılıb. Bundan sonra ailə yenidən fonda müraciətlər etməyə başlayıb.

DSMF-nin əməkdaşları ailənin durumunu qiymətləndirmək üçün qəfil ünvana gəliblər. Elə hər şey bundan sonra baş verib.

Məlum olub ki, Nuranə həyat yoldaşından kağız üzərində boşanıb, faktiki isə bir yerdə yaşayırlar. Fond əməkdaşlarının gəldiyini görən Pənah evi tərk edib. Qadın isə Pənahı həyat yoldaşı kimi yox, qardaşı kimi təqdim edib. Fond əməkdaşları şəxslərin şəxsiyyət vəsiqələrini tələb edəndə isə məlum olub ki, onlar rəsmi boşansalar da, faktiki bir yerdə yaşayırlar.

Araşdırmalarla ailənin "Mitsubishi Pajero" markalı avtomobilinin də olduğu müəyyən edilib.

Yalan məlumatları üzə çıxan ailə başqa yola əl atıb. Ər-arvad birləşərək mobil telefonla fond əməkdaşlarını videolentə almağa başlayıb. İddia ediblər ki, guya onlar ailənin ünvanlı sosial yardımını bərpa etmək üçün 400 manat rüşvət tələb edirlər.

Ailə tərəfindən şərləndiyini görən qurum rəsmiləri həyəti tərk edib getmək istəyərkən Nuranə onlara mane olub. Qadın özünü onların idarə etdiyi avtomobilin üzərinə ataraq getmələrinə imkan verməyib. DSMF əməkdaşlarının getməsinə mane ola bilməyən cütlük birləşərək onlara qarşı xuliqanlıq edib. Ər-arvad onlara hücum edərək özlərinə və avtomobillərinə xəsarətlər yetirib, avtomobili daşla əzərək yararsız hala salıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və Pənah saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə ər və arvadın hər biri iki il azadlıqdan məhrum edilib.

Məhkəmə himayəsində azyaşlı övladları olduğu üçün Nuranəyə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib, ona bir il sınaq müddəti olmaqla şərti cəza təyin edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner