Mojo.az Banner
17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |    
Mojo.az Avto
Mojo.az Avto

DSMF internetdə dələduzluqla məşğul olan səhifələrlə xəbərdarlıq etdi

11.09.2021 21:17 1 071
DSMF internetdə dələduzluqla məşğul olan səhifələrlə xəbərdarlıq etdi
“Instagram”da “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib.

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək üçün hər hansı bir ödəniş tələb olunmur. İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Ona görə də vətəndaşlara sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik.

Elan sahiblərinə isə bu səhifələrin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməsə, hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq

скачать dle 11.3
Mojo.az Banner