Mingəçevirdə yaşyarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
Hadisə Ş.İ.Xətai küçəsi, 6 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.
Yevlax rayonunun Aşağı Bucaq kənd sakini 2023-cü il təvəllüdlü Əsma Xasızadə nəzarətsiz qalıb, binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı körpə doğmaları tərəfindən təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.