Mojo.az Banner
16:04 Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq  |     15:58 Bakıda məşhur bazar köçürülür - VİDEO  |     15:57 Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu  |     15:38 İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA  |     15:33 Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ  |     13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tarifləri üç dəfə azaldılsın - TƏKLİF

03.06.2025 13:55 537
Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tarifləri üç dəfə azaldılsın - TƏKLİF
"Azərbaycanda sərhədyanı kəndlərə Böyük Qayıdışı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Ölkəmizdə 4 244 kənd var. Bu, böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib. Hökumət Bakının 2040-cı il Baş planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3.17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46%-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min - 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.

2023-cü ildə ölkə əhalisi 3.9 milyard kubmetr, Bakının əhalisi isə 1.4 milyard kubmetr qaz istehlak edilib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36%-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6.6 milyard kv/saat, Bakı əhalisi isə 2.8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan sərmayələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".скачать dle 11.3
Mojo.az Banner