Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda prezidentliyə daha bir namizədin adı açıqlandı - YENİLƏNİB

18.12.2023 11:54 2 211
Azərbaycanda prezidentliyə daha bir namizədin adı açıqlandı - YENİLƏNİB
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Fuad Əliyev APA-ya açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.

O əlavə edib ki, “Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb. Qərargaha isə Xəzər Teyyub rəhbərlik edəcək.

* * * * *

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.


Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb.

* * * * *

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürülüb.


Bu barədə “Report”a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürən şəxslərin sayı beşə çatıb.

Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürüb. O, sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Son xəbərlər