Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Həbsdən çıxıb Ağsuya getdi, xalasının pensiyasını oğurladı

02.06.2025 15:55 705
Həbsdən çıxıb Ağsuya getdi, xalasının pensiyasını oğurladı
Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib.

Dəfələrlə oğurluq cinayətinə görə həbs edilən, Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb. Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna - xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb.

Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb.

Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb.

Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib.

Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
//oxu.az

Son xəbərlər