Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilir

29.05.2025 19:19 1 044
Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilir
Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilməsi nəzərdə tutulur.

Bununla bağlı Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

İclasda qeyd olunub ki, qanun layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin (Sistem) elektron formada təşkil olunması və bu sahədə icraatın (tikintiyə icazə, tikintinin istismarına icazə, texniki şərtlərin verilməsi, məlumatlandırma icraatı çərçivəsində tikilmiş tikinti obyektləri barədə məlumatın təqdim edilməsi və sair) 2024-cü il yanvarın 1-dən həmin Sistem üzərindən elektron qaydada həyata keçirilməsi təsbit və təmin edilib.

Həmçinin Sistemin formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının, Sistem vasitəsilə müraciətlərin qəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etmək məqsədilə ölkə Prezidentinin 2023-cü il 27 dekabr tarixli fərmanı ilə “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiq edilib və müvafiq olaraq 2024-cü il yanvarın 1-dən (“Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən) qüvvəyə minib. Elektron sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsinə, habelə bu sahədə nəzarətin effektivliyinin artırılmasına xidmət edir.

Beləliklə, qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyata keçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır və zəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadan şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazə Sistemdə formalaşdığından onların “surəti”nin təqdim edilməsi tələbi də ləğv edilib.

Qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların “sifarişli poçtla göndərilməsi”nə, “sənədlərin surəti”nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.

Eyni zamanda meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, dağ-mədən işlərinin aparılmasının isə “Yerin təki haqqında” qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilir.

Son xəbərlər