Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəliblər

24.05.2025 21:59 846
Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəliblər
Azərbaycan idmançıları Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə və hərbi qurumlar arasında keçirilən XIX beynəlxalq cüdo turnirində uğurla çıxış edirlər.

9 ölkədən 100-dən çox cüdoçunun iştirak etdiyi nüfuzlu yarışda ölkəmiz iki komanda - Sərhəd Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin cüdoçuları ilə təmsil olunur.

Azərbaycan turnirdə ümumilikdə 13 idmançı ilə mübarizə aparır.

Sərhəd Qoşunları komandasının heyətində çıxış edən idmançılar arasında "Judo Club 2012"nin üç üzvü - Eldar Qasımov (81 kiloqram), Rövşən Bağırov (90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) da yer alıb.

Millimizin üzvü, "Judo Club 2012"nin təmsilçisi Eldar Qasımovun verdiyi məlumata görə, komandamız turnirə 1/8 final mərhələsindən start verib və ilk qarşılaşmada Qazaxıstan təmsilçilərinə 4:1 hesabı ilə qalib gəlib.

Növbəti mərhələdə cüdoçularımız Ermənistan yığması ilə üz-üzə gəlib. Azərbaycan cüdoçuları tatamidə əsl döyüş ruhu nümayiş etdirərək erməni rəqiblərinə heç bir şans verməyiblər. Bu dəfə də eyni hesabla (4:1) qələbə qazanan cüdoçularımız adını yarımfinala yazdırıblar. Qeyd edək ki, ötən il keçirilən analoji turnirdə də Azərbaycan komandası erməni rəqibləri üzərində qələbə qazanmışdı.

Komandamız yarımfinalda Özbəkistan cüdoçularına məğlub olub, idmançılarımız üçüncü yer uğrunda yarışacaqlar.

Qeyd edək ki, Sərhəd Qoşunları komandasının heyətində Sadıq Məhərrəmov (66 kiloqram), Nadir Babayev (73 kiloqram), Eldar Qasımov, Mehman Sadıqov (hər ikisi 81 kiloqram), Afiq Səfərli, Rövşən Bağırov (hər ikisi 90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) çıxış edirlər.

Turnir "Polis, Ordu və Digər Güc Strukturları arasında beynəlxalq cüdo turniri" adı ilə tanınır. Hər il Moskvada keçirilən yarış hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin möhkəmləndirilməsini, eləcə də cüdonun bu strukturlarda inkişafı məqsədini daşıyır.

Qeyd edək ki, baş məşqçi Mübariz Cəfərovun rəhbərliyi altında yarışda iştirak edən komandamızın nümayəndəsi Moskvada ölkəmizi təmsil edən Əli Əlibəylidir.скачать dle 11.3
Mojo.az Banner