Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın iki cüdoçusu "World Masters" turnirinin gümüş medalını qazanıb

13.01.2021 22:18 1 998
Azərbaycanın iki cüdoçusu
Qətərin paytaxtı Dohada keçirilən "World Masters" turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

Median.Az
xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertaliana uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, "Tokio-2020"yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

* * * * *
Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq "Masters" turniri davam edir.

Median.Az apasport.az-a istinadla bildirir ki, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin daha 3 üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi finala yüksəlib.

Kişilər
100 kq

Elmar Qasımov 1/16 finalda Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında israilli Peter Palçikə uduzaraq mübarizəni dayandırıb.

Yarışa 1/16 finaldan başlayan Zelim Kotsoyev Ramadan Dervişi (Misir) və Quham Ço (Cənubi Koreya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. Bu mərhələdə kanadalı Şaddi Elnahasa qalib gələn idmançı yarımfinalda niderlandlı Simeon Kararinanı da məğlub edib. Finala yüksələn Zelim həlledici qarşılaşmada gürcüstanlı Varlam Lipateliani ilə qarşılaşacaq.

Qadınlar
+78 kq

1/8 finaldan yarışa başlayan İrina Kindzerska öncə Yasmin Qrabovski (Almaniya), ardınca Hayun Kim (Cənubi Koreya) üzərində qələbə qazanıb. Cüdoçumuz yarımfinalda Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı Romen Dikko ilə qarşılaşacaq.

Yarışın ilk günündə tatami üzərinə çıxan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) uğursuzluqla üzləşib.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters" nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

Son xəbərlər