Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bu kəndi yenilənir

24.05.2025 19:59 846
Bakının bu kəndi yenilənir
"Bakıda 8 kəndin abadlaşması Bakı Abadlıq Xidmətinə (BAX) tapşırılıb. Balaxanı və Ramanadan sonra ən intensiv iş hazırda Əmircan kəndində gedir".

Bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.
Ətraflı

O qeyd edib ki, Heydər Əliyev Fondu ərazidə Murtuza Muxtarov adına İmam Cümə məscidinin bərpası ilə məşğul olacaq:

"BAX isə eynən Balaxanıda və Ramanadakı kimi kəndin öz tarixi simasını saxlayaraq, şəhərə yaxınlaşması üçün öhdəsinə düşəni və hətta bundan da artığını etməyə çalışır. Köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsi təqdim edildi. Almaniyadan müasir su təmizləyici qurğular gətirildi, mütəxəssislər dəvət edildi, çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb. Bir vaxtlar kütləvi zibilliyə, qamışlığa çevrilmiş göl ətrafı ərazi təmizlənib. Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir, rəngləmə işləri tamamlanmaq üzrədir”.

Qurum rəsmisi Bülbülə gölü bütünlükdə əhatə edəcək bulvardan da danışıb:

"Belə böyük layihələr bir çox dövlət qurumları, o cümlədən Memarlıq və Şəhərsalma baş idarəsi, yerli İcra Hakimiyyəti, tarixi abidələrin bərpası zamanı MN yanında Mədəni İrsn qorunması, İnkişafı və bərpasıüzrə dövlət xidməti, quruculuqda Azərişıq, Azərsu, Azəriqaz, Fövqəladə hallar nazirliyi, yəni bir çox işlər qövlət qurumlarının sifarişi əsasında və onlarla birbaşa əməkdaşlıq edərək həyata keçirilir. Çox tezliklə qədim Xilə kəndi tarixi və sənət potensialının yenidən canlanması ilə eynən Balaxanı kimi maraqlı, tutumlu, əyləncəli istirahət məkanına çevriləcək”.

Son xəbərlər