Mojo.az Banner
21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Arayik Arutyunyan işğal edilmiş ərazilərdə qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 20:51 1 251
Arayik Arutyunyan işğal edilmiş ərazilərdə qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Arutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

Videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.

Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Arutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.

O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir - red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: "Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum".

Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Arutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.

O, suallara cavabında deyib: "Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb".

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: "2020-ci ilin may ayında "prezident" vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi".

Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Arutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner