Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü |
Mojo.az Avto
Mojo.az Avto

11-ci dəfə Avropa çempionu olan Fərhad Rəcəbli: "Cüdoya olan sevgim və ölkəm üçün medallar qazanıram"

23.05.2025 20:00 1 065
11-ci dəfə Avropa çempionu olan Fərhad Rəcəbli:
Latviyanın paytaxtı Riqada təşkil olunan veteranlar arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Fərhad Rəcəbli (90 kq) çıxışını dəyərləndirib.

"Report"un məlumatına görə, o, bu barədə Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlama verib.

F.Rəcəbli 11-ci dəfə bu yarışda birinci yeri tutduğu üçün xoşbəxt olduğunu söyləyib:

"Hər şey gözlədiyim kimi keçdi. Rəqiblərimin üçü də güclü idi. Özümü turnirə yaxşı hazırlamışdım. Final qarşılaşması xüsusilə yaddaqalan oldu".

65 yaşlı veteran idmançı 12 yaşından fasiləsiz cüdo ilə məşğul olduğunu deyib:

"Mənə motivasiya verən şey sadədir. Cüdo uzun zamandır həyatımın bir parçası olub. Yaxınlarım məndən yeni medallar gözləyir. Bəzən bu nailiyyətlərə məndən daha çox sevinirlər. Bunları şöhrət üçün etmirəm. Cüdoya olan sevgim və ölkəm üçün medallar qazanıram. Azərbaycanı hər zaman qürurla təmsil edirəm. Bu idman növü asan deyil. Amma mənə hər şey verib. Bunun üçün cüdoya minnətdaram".

Qeyd edək ki, Fərhad Rəcəbli (90 kq) M-8 yaş kateqoriyasında mübarizə aparıb.

Son xəbərlər