Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"

20.05.2025 16:06 1 422
Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ:
Mayın 13-də axşam saatlarında 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətlindəki sirr müxtəlif versiyaların gündəmi zəbt etməsinə səbəb olub.

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirildiyini bildirib.

O qeyd edib ki, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib:

"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib".

S.Musayev qeyd edib ki, hadisə yerinə yaxın ərazilərdə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər də götürülüb və həmin görüntülərə artıq baxış da keçirilib.

Baş Prokurorluq rəsmisi cəmiyyətə çağırış edib:

"Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib, həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri təqdim edə bilər".

O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi narahatlıq doğurur.

Son xəbərlər