Mojo.az Banner
18:12 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda yollardan biri iki gün tam bağlı qalacaq  |     18:11 Sabirabadda bir ailənin zəhərləndiyi hadisə ilə bağlı YENİ XƏBƏR  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:03 Ramiz Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum oldu  |     18:01 Atalığı tərəfindən üç il cinsi zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR  |     17:59 Müdafiə Nazirliyindən əsgərlərlə bağlı YENİ QƏRAR  |     17:38 Azərbaycanda icra başçısının sabiq birinci müavini DÖYÜLDÜ  |     17:37 Ramiz Mehdiyevin dövlət çevrilişi üçün hazırladığı sənəd görün haradan tapıldı? - VİDEO  |     17:34 Sabah üç rayonda qaz olmayacaq  |     17:31 Ramiz Mehdiyevin "dostlarına" sənəd göndərmək cəhdinə agentdən cavab: "Öz aranızda həll edin" - AUDIO / VİDEO  |     17:18 Ramiz Mehdiyevin evindən VİDEO - 17 milyon manat (Video)  |     17:13 Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ (Video)  |     17:06 Bakıda qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi  |     17:04 "Xarı Bülbül" restoranının qarşısında kütləvi dava - Bir nəfər həbs edildi  |     14:49 Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə  |     14:48 Gəncədə ana 40 günlük körpəsindən niyə imtina edib?  |     14:20 Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkmiş - VİDEO  |     14:05 Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb  |     13:45 DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - Video  |     13:43 Təhqirə görə qonşusunu maşında bıçaqladı  |    
Left Banner
Right Banner

İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 13:07 474
İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin ("GlobE" Şəbəkəsi) 6-cı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı plenar iclasında salamlayıram.

Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır.

Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi.

İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir.

Bakıda ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilmişdir. Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan dünya liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin mütəxəssislərini bir araya gətirməklə qlobal iqlim çağırışlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirmiş, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.

Azərbaycan Respublikası müstəqilliyindən ötən dövr ərzində böyük yol qət etmişdir. Bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatlar nəticəsində davamlı inkişafa, sabitliyə nail olunmuş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. Bu gün ölkəmizin hüquq-mühafizə orqanları xarici tərəfdaşları ilə səmərəli əməkdaşlıq edərək transmilli cinayətkarlığa və bütün növ təhdidlərə qarşı mübarizəyə töhfə verirlər.

Ötən ilin payızında dünyanın müxtəlif ölkələrini təmsil edən hüquqşünasları birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizə aparmaq və bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək əzmimizi bir daha nümayiş etdirdi.

Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir.

Ölkəmiz BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verir. Gənc platforma olmasına baxmayaraq, "GlobE" Şəbəkəsi qısa müddət ərzində müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir.

Əminəm ki, bu Plenar iclas korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açaraq bu sahədə qarşıya qoyduğumuz vəzifələrin icrasına və ortaq məqsədlərin reallaşmasına əhəmiyyətli töhfə verəcəkdir.

Bir daha hamınızı Azərbaycanda salamlayır, iclasın işinə uğurlar arzulayıram".скачать dle 11.3
Mojo.az Banner