Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 4 ayda qoruq və muzeyləri 277 mindən çox insan ziyarət edib

14.05.2025 20:30 1 074
Azərbaycanda 4 ayda qoruq və muzeyləri 277 mindən çox insan ziyarət edib
Bu ilin yanvar-aprel aylarında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini (muzeylər) ümumilikdə 277 175 nəfər ziyarət edib.

Median.Az bu barədə Mərkəzin hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bunun 42 473 nəfəri yerli, 203 153 nəfəri əcnəbi, 31 549 nəfəri isə ödənişsiz kateqoriyaya daxil olub.

Ən çox ziyarət edilən məkanlardan biri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olub. Bu obyektə 91 474 əcnəbi, 9 579 yerli, ümumilikdə 109 minə yaxın ziyarətçi baş çəkib.

İkinci yerdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu qərarlaşıb. Buraya 81 376 nəfər əcnəbi, 7 182 nəfər yerli turist səfər edib. Ödənişsiz ziyarətçilərin sayı isə 7 412 nəfər olub.

Daha sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu gəlir. Bu qoruğa 4 ayda 14 209 nəfər yerli, 15 906 nəfər əcnəbi, 7 187 nəfər isə ödənişsiz şəkildə giriş əldə edib.

“Palçıq Vulkanları Turizm Kompleksi” də turistlərin böyük marağına səbəb olub. Hesabat dövründə kompleksi 10 396 əcnəbi, 2 270 yerli, 2 276 ödənişsiz ziyarətçi gəlib görüb. Kompleksə giriş biletlərinin qiyməti yerli turistlər üçün 5 manat, xaricilər üçün 15 manatdır. Müvafiq güzəştli kateqoriyalara isə giriş ödənişsizdir.

Digər obyektlərə gəldikdə isə:

“Kiş” Tarix-Memarlıq Qoruğu: 4 294 yerli, 4 572 əcnəbi, 1 713 ödənişsiz

“Diri Baba” türbəsi: 3 115 yerli, 4 359 əcnəbi, 3 378 ödənişsiz

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu: 876 yerli, 87 əcnəbi, 280 ödənişsiz

“Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi: 341 yerli, 146 əcnəbi, 249 ödənişsiz

Şəki Dövlət Rəsm Qalereyası: 607 yerli, 237 əcnəbi, 483 ödənişsiz

Ziyarətçi axınının xüsusilə mart və aprel aylarında intensivləşdiyi müşahidə olunur. Məsələn, təkcə apreldə qoruqlara və mədəniyyət müəssisələrinə 85 408 əcnəbi, 12 163 yerli, 12 687 ödənişsiz şəxs baş çəkib.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki müəssisələrdə bilet qiymətləri müxtəlifdir. Yerli vətəndaşlar üçün bilet qiymətləri adətən 1-5 manat arasında dəyişir, tələbələrə isə güzəştli tariflər tətbiq olunur. Xarici turistlər üçün giriş qiymətləri əsasən 9 manatdan başlayır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları və şəhid ailəsi üzvləri isə qoruqlara ödənişsiz daxil ola bilirlər. 12 yaşa qədər xarici turistlərə də giriş pulsuzdur.

Son xəbərlər