Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verildi

07.05.2025 17:16 723
Dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verildi
Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Həsən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan mərhum edilib.

Belə ki, Həsən Hüseynov xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin orqanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının icra edilməsi istiqamətində gizli fəaliyyət göstərib, həmçinin ölkə ərazisində xüsusi xidmət orqanlarının göstərişi ilə digər məxfi tapşırıqları yerinə yetirən şəxslərə pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət edib.

O da məlum olub ki, DTX tərəfindən həbs edilmiş Həsən Hüseynov Tural Məmmədova xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib.

Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə daha əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, xaricdən göndərilmiş xüsusi qurğu aşkar edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner