Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi

03.05.2025 18:57 789
Qohumlarını
Şəki Apellyasiya Məhkəməsində "ASAN xidmət" mərkəzinə işə düzəltmək adı ilə qohumlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnarə Behbudovanın barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qismən təmin edilib.

E.Behbudovanın barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilən 4 il azadlıqdan məhrumetmə və 2 il azadlığın məhdudlaşdırılması cəzası birləşdirilərək o, qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, E.Behbudova qohumundan 18 000 manat alaraq, onun qızını Şəki regional "ASAN xidmət" mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkənini isə həmin mərkəzdə nəzarətçi işinə düzəldəcəyinə söz versə də, əməl etməyib. E.Behbudova həmin məbləği geri qaytarmayıb.

Zərərçəkmiş şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra E.Behbudova saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner