Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakının "20 Yanvar" dairəsində özünü avtomobilin qarşısına atan şəxslə bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNİB)

30.04.2025 13:43 1 371
Bakının
"Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır".

Bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev verib.

"Sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir.

Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.

Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi, başqalarını da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır", - deyə E.Hacıyev vurğulayıb.

* * * * *

Bakının Yasamal rayonu ərazisində, "20 Yanvar" dairəsi kimi tanınan yerdə gənc oğlanın özünü qəsdən nəqliyyat vasitələrinin altına atdığı iddia olunur.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri həmin hadisə barədə məlumat verən vətəndaş təqdim edib.

Bildirilib ki, 30-35 yaşlı şəxs, əsasən, səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni "həll etdiyi" qeyd edilir.

Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər