Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azpulmat” vətəndaşların şəxsi kontaktlarına necə və niyə DAXİL olur? –ŞİKAYƏT

26.04.2025 21:07 1 224
“Azpulmat” vətəndaşların şəxsi kontaktlarına necə və niyə DAXİL olur? –ŞİKAYƏT
İnsanların kontaktına daxil olur, yaxın qohumlarının, dost və tanışlarının əlaqə nömrəsini götürərək zəng edirlər. Söhbət bank olmayan kredit təşkilatı Azpulmatdan gedir.

Məsələ ictimaiyyətdə ciddi müzakirə yaradıb. Özləri barədə məlumatları yaxınlarının bilməməsini istəyən bəzi vətəndaşlar təşkilatın bu addımını qanunsuz adlandırıblar.

Ümumiyyətlə şəxsi kontakta daxil olmaq mümkündürmü? Bu addım doğrudurmu?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kiredit-mütəxəssisi Əkrəm Həsənov bildirib ki, əgər həmin şəxs özü o kontaktları verirsə, əlbəttə olar, ancaq, digər halda kibercinayət sayılır:

““Azpulmat”-ın bu addımı heç bir şəkildə düzgün deyil. Elə vaxt olur ki, kredit təşkilatından bir neçə dəfə zənglər gələrək “filankəsin kreditinə görə narahat edirik” deyirlər. Bu məsələ ilə bağlı vətəndaş şikayət də edə bilər, məhkəməyə də verə bilər. O ki qaldı kontaktlara daxil olmaq məsələsinə, çox maraqlıdır, onlar hardan tapırlar şəxsi telefonda olan kontaktları, bu birbaşa cinayətdir!” - deyə mütəxəssis bildirib.

Məsələni dəqiqləşdirmək üçün bank olmayan kredit təşkilatı “Azpulmat”a müraciət etdik. Bildirildi ki, bəli, belə bir gedişat mövcuddur:

“Ancaq, biz kredit əldə edən şəxsə öncədən müqavilə ünvanlayırıq. O müqavilə ilə razılaşırsa, bizim müqavilənin müvafiq bəndində kontaktlara daxil olmaqla bağlı icazə qeyd olunub. Yəni bu icazə ilə bağlı olan məsələdir”- deyə bildirilib.

Gedişatın hansı funksiya ilə həyata keçirildiyinə gəlincə, “Azpulmat”dan absurd cavab gəlib:

“Bunu heç biz də bilmirik, birbaşa sistem vasitəsi ilə olan gedişatdır”, - deyə bildirilib.

Son xəbərlər