Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər

26.04.2025 20:01 1 608
Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər
Yaxın vaxtlarda Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.

Onun sözlərinə görə, hazırda balıq məhsullarının istehsalı və ixracı məhdud olsa da, bu sahədə böyük potensial mövcuddur və ondan istifadə olunması üçün iş aparılır.

"Bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyində balıq istehsalçıları və emalçıları ilə görüş keçirildi, bir sıra məsələlər müzakirə olundu. Son vaxtlar balıqçılıqla bağlı təklif və təşəbbüslər irəli sürülüb, bunların da əsas məqsədi sektorun inkişafını sürətləndirmək, istehsal və ixrac imkanlarını genişləndirməkdir. Bu sahəyə yönəlik subsidiya mexanizmlərinin tətbiqinə dair müzakirələr gedir. Subsidiya proqramları həm istehsalçıların maliyyə yükünün azaldılması, həm də texniki və infrastruktur imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Hazırda ölkədə bir neçə şirkət balıqçılıqla məşğuldur. Lakin dəstək mexanizmlərinin hesabına yeni istehsalçıların bazara daxil olması proqnozlaşdırılır. Eyni sözü ixracla bağlı da demək olar. Hələ ki, bir şirkət nərəkimilərin yetişdirilməsinə və ixracına böyük investisiyalar qoyur. Bu layihənin əsas hədəfi 2026-cı ildən nərəkimilərin ixracına başlamaqdır. Bu təşəbbüs, həm daxili bazarın tələbatının ödənilməsi, həm də beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”, - deyə sədr qeyd edib.

Z.Salmanlının sözlərinə görə, ölkənin Mingəçevir şəhəri və Yevlax rayonu balıqçılıq baxımından daha aktiv bölgələr hesab olunur: “Eyni zamanda, Neftçala və Salyan rayonlarında da balıqçılıq təsərrüfatları fəaliyyət göstərir. Bununla belə, Kür çayında suyun səviyyəsinin azalması və su ehtiyatlarının məhdudlaşması bu regionlarda balıqçılığın inkişafına maneə yaradır. Digər problem balıqçılıq təsərrüfatlarının dövlət qeydiyyatına alınmasında olan çətinliklərdir. Hazırda qeydiyyatla bağlı səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir, lakin yaxın gələcəkdə bu funksiyanın Kənd Təsərrüfatı Nazirliyinə verilməsi nəzərdə tutulur. Qeydiyyat proseduru sadələşdirilsə və sektor daha effektiv şəkildə tənzimlənsə, bu balıqçılığın inkişafl baxımından əhəmiyyətli ola bilər".

"Azərbaycanda balıqçılıq alternativ və davamlı iqtisadi inkişaf sahəsi kimi qiymətləndirilə bilər. Lakin bunun üçün həm infrastrukturun gücləndirilməsi, həm də ekoloji problemlərin – xüsusilə su ehtiyatlarının idarə olunmasının – effektiv həlli vacibdir. Dövlət dəstəyi, investisiyalar və elmi yanaşma balıqçılıq sektorunun gələcək inkişafında həlledici rol oynayacaq”,- deyə əlavə edib.

Son xəbərlər