Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

06.12.2024 20:25 1 347
Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir
Son vaxtlar Rusiyanın milli valyutası rublun ucuzlaşması, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi Azərbaycandan qonşu ölkəyə meyvə ixrac edən sahibkarları minlərlə manat ziyana salıb.

Məsələ ondadır ki, Rusiyanın meyvə idxalçıları aldıqları malların pulunu rublla və tədricən ödəyirlər.

Məzənnənin dəyişməsi isə Azərbaycanın iş adamlarının əldə etdikləri ixrac gəlirlərinin dollarla ifadədə azalmasına səbəb olur.

"Report" vəziyyəti biznes dairələri ilə müzakirə edib.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov deyir ki, Rusiyaya xurma göndərən sahibkarlarımız ziyanla bacardıqca az üzləşmək üçün hələ ki, ixracı azaldıb: "İş adamları xurmanı ölkənin soyuducu anbarlarında saxlayıb, məzənnənin sabitləşməsini gözləyir. Çünki qeyri-müəyyənlik şəraitində ixrac sərf etmir, sahibkarlar ziyanla işləyir".

Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam etsə, dövlətin dəstək mexanizmlərinə ehtiyac ola bilər.

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov isə bildirir ki, Rusiya rublunun dəyərdən düşməsi fonunda nar ixracı kəskin azaldılıb: "Əvvəllər həftədə 3-4 TIR nar ixrac edilirdisə, hazırda qonşu ölkəyə satış 1 TIR-a düşüb. Rublun ucuzlaşması ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün nar maya dəyərinə ixrac edilir. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Çünki məhsul bahalaşanda satılmır. Nar həm də yaş meyvədir və onu uzun müddət saxlamaq mümkün deyil”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 187 min ton xurma istehsal olunub, bunun 165 tonu ixrac edilib, o cümlədən 147 tonu Rusiyaya satılıb.

Bundan başqa, ötən il ölkədə 190 min ton nar istehsal olunub, bunun 29 min tonu ixrac edilib, o cümlədən 24 min tonu Rusiyaya göndərilib.скачать dle 11.3
Mojo.az Banner