Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Fransada Napoleonun qılıncı hərraca çıxarılacaq

26.04.2025 19:09 1 521
Fransada Napoleonun qılıncı hərraca çıxarılacaq
Fransa imperatoru I Napoleonun (1769-1821) hakimiyyətinin əvvəlindən sonuna kimi saxladığı qılınc ilk dəfə hərraca çıxarılacaq.

Bu barədə AFP agentliyi satışın təşkil olunacağı "Drouot" hərrac evinin bəyanatına istinadən xəbər verir.

1802-ci ildə Napoleon Fransa Respublikasının Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən şəxsi istifadə üçün qılınc sifariş edib. Hərrac evi vurğulayıb ki, Napoleon imperator taxtına oturduqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb.

O, taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə, marşal Emmanuel de Qruşiyə verib. “Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılacaq”, - hərrac evindən bildirilib.

Agentlik qeyd edib ki, iki qılınc Napoleonun sifarişi ilə Versal manufakturasında hazırlanıb. Hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada, Sankt-Peterburq Ermitaj Muzeyinin kolleksiyasındadır.

Mütəxəssislər onun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər. Hərrac mayın 22-də Parisdəki “H tel Drouot” mehmanxanasında keçiriləcək.

Napoleona məxsus əşyaların hərracları ənənəvi olaraq böyük diqqət çəkir. Son böyük hadisələrdən biri Napoleon Bonapartın Rusiya imperiyası və müttəfiqlərinin orduları tərəfindən məğlubiyyətindən sonra intihar etmək üçün istifadə etməyi planlaşdırdığı kolleksiyasından iki tapançanın 1,69 milyon avroya satılması olub. Hərracdan bir gün əvvəl Fransa Mədəniyyət Nazirliyi tapançaları milli sərvət elan edib və onların ölkədən çıxarılmasını qadağan edib.
//report

Son xəbərlər