Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı

24.04.2025 13:45 687
Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı
Özbəkistan sabiq prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus olan və İsveçrədə müsadirə edilmiş 95 milyon dollar məbləğində vəsaiti geri qaytarıb.

Median.Az
-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fozilkarimov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 131 milyon dolların qaytarılması barədə razılıq əldə olunub. Bundan əvvəl İsveçrədən gələn vəsaitin 87 milyon dolları səhiyyə və təhsil sahələrinə yönləndirilib.

Hazırda Belçikadan 108 milyon dolların qaytarılması üçün də işlər görülür. Ümumilikdə, Özbəkistana qaytarılacaq vəsaitlərin məbləği 313 milyon dollara çatacaq.

Vəsaitlər BMT-nin "Uzbekistan Vision 2030" çoxtərəfli fondunun xətti ilə ölkəyə qaytarılır və əsasən əhalinin sosial rifahını artıran layihələrə sərf olunacaq.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən etibarən korrupsiya, reket və vergi yayınması səbəbilə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib. Onun barəsində aparılan istintaqlar nəticəsində 1.3 milyard dollardan çox vəsaitin digər ölkələrdən geri qaytarılması planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner