Mojo.az Banner
18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistanın keçmiş prezidentinin qızından müsadirə edilən 131 milyon dollar İsveçrədən ölkəsinə qayıdır

14.09.2020 21:37 2 125
Özbəkistanın keçmiş prezidentinin qızından müsadirə edilən 131 milyon dollar İsveçrədən ölkəsinə qayıdır
Özbəkistan İsveçrə səlahiyyətlilərinin Özbəkistanın ilk prezidentinin qızı Gülnara Kərimovadan müsadirə etdiyi 131 milyon dolların qaytarılması ilə bağlı İsveçrə ilə müqavilə bağlayıb.

Bu barədə “Meduza” İsveçrə hökumətinin açıqlamasına istinadla xəbər yayır.

Razılaşmada geri ödəmə prinsipləri göstərilib. Bunlar arasına “Özbək xalqının həyatını yaxşılaşdırmaq” üçün vəsaitlərin istifadəsi, Özbəkistanda davamlı inkişaf layihələrinə investisiya qoyulması, vəsait xərclənməsinin izlənməsi daxildir.

Kərimovaya məxsus 650 milyon İsveçrə frankı da (1 215 500 000 AZN) İsveçrədə bloklanmış vəziyyətdə qalır. Ölkə hökuməti bildirib ki, bu vəsaitlər istintaq çərçivəsində müsadirə ediləcəyi təqdirdə eyni qaydada Özbəkistana qaytarılacaq.

Qeyd edək ki, G.Kərimova bir il əvvəl ölkəsindəki 1,2 milyard dollarlıq sərvətini dövlət büdcəsinə keçirdiyini və xaricdəki yatırımlarını da geri qaytarmaq üçün çalışdığını bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner