Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Komitə sədri: "Pensiya yaşının azaldılması gündəmdə deyil"

24.04.2025 12:20 693
Komitə sədri:
"Bəzi saytlarda pensiya yaşının azaldılması ilə bağlı gedən xəbərlərin başlığı məzmunu əks etdirmir".

Median.Az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, həmin layihədə məzmun tamamilə başqadır:

"Bizim parlamentin Əmək və sosial siyasət komitəsində baxdığımız "Əmək pensiyaları" haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil, sadəcə güzəştli şərtlərlə pensiya alanların pensiyalarının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı idi. Yəni dövlətin öhdəliyi və Dövlət Sosial Müdafiə Fondunun öhdəliyi arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada pensiya yaşının azaldılmasından söhbət getmir. Doğrudur, bir qrup insanımız güzəştli şərtlərlə 65 yaşından qabaq pensiyaya çıxırlar. Onlar hərbi qulluqçular, ağır və təhlükəli şəraitdə ən azı 10 il işləyən şəxslər, 5 və daha çox uşağı olan analar (əgər ana yoxdursa, atalar), əlil uşağa baxan analar, yaxud xəstə, ahıl adama baxan insanlardır ki, onların pensiya kapitalı stajdan asılı olmayaraq formalaşır və onlar daha güzəştli şərtlərlə 60 və daha tez yaşda pensiyaya çıxa bilirlər. Təxminən 200 min pensiyaçımız güzəştli şərtlərlə pensiya alanlardır. Yəni 65 yaşına çatmamış pensiyaya çıxan şəxslərdir. Bu bizim qanunvericilikdə var və yeni dəyişiklik deyil", - deyə o bildirib.

Son xəbərlər