Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qadınların pensiya yaşı 63 olsun”

06.06.2024 18:09 927
“Qadınların pensiya yaşı 63 olsun”
"Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay
uzadılacaq”.
Median.Az 
qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmalıdır: "Həmçinin kişilərlə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.

Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımından vacibdir. Bu baxımdan daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var.
Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın.

Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı”.скачать dle 11.3
Mojo.az Banner