Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.
Median.Az Manset.az-a istinadla xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.
Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.
Onun vəzifəsi AQTA-nın Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefasının səbəbi bəlli deyil.
Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.