Mojo.az Banner
19:25 Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb  |     19:16 Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var  |     19:11 Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı  |     19:02 Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI  |     18:57 Dövlət köçürülən cərimələrə nəzarəti artırdı  |     18:50 Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb  |     18:45 "Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"  |     18:45 Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"  |     18:37 Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI  |     18:23 Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar  |     18:15 Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi  |     18:13 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:12 Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək  |     17:58 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi  |     17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |     17:12 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI  |     17:12 Paşinyan Moskvaya dəvət olundu  |     17:05 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar  |     17:00 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər  |     16:51 Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF  |    
Left Banner
Right Banner

Yerli şirkətlər qlobal arenada: Azərbaycan ekspertizasını kim evə qaytarır?

21.04.2025 19:35 1 233
Yerli şirkətlər qlobal arenada: Azərbaycan ekspertizasını kim evə qaytarır?
İyunun 2-dən 4-dək Bakı yenidən dünya enerji gündəminin mərkəzinə çevriləcək. Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək yubiley – 30-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi müxtəlif ölkələrdən enerji şirkətlərini bir araya gətirəcək. Bu tədbir təkcə qlobal trendlərin təqdimatı deyil, həm də Azərbaycanın böyük regional layihələrin təşəbbüskarı və peşəkar liderlər yetişdirə bilən ölkə kimi təqdim olunması üçün mühüm platformadır.

Bu il sərgidə adı hələ geniş ictimaiyyətə tanış olmayan, lakin maraqlı inkişaf yolu keçmiş “TP Engineering” də iştirakı nəzərdə tutulur. Şirkət xaricdə formalaşmış Azərbaycan təşkilatlarının ölkəyə qayıdaraq daxili bazara real töhfə verə bilib-bilməyəcəyini göstərən nümunə ola bilər.

Filialdan beynəlxalq podratçıya

“TP Engineering” Azərbaycandakı fəaliyyətinə 2014-cü ildə Avropa mühəndislik qrupunun yerli bölməsi kimi başlayıb. Artıq 2015-ci ildə Rusiya bazarına daxil olan şirkət 2017-ci ildən etibarən neft-qaz və neft-kimya sahələrində ixtisaslaşan EPCM-podratçı kimi mövqeyini möhkəmləndirib. Onun tərəfdaşları arasında “LUKOİL” publik səhmdar cəmiyyəti (PSC) kimi nəhənglər yer alır. Hazırda şirkət layihələrinin coğrafiyası Rusiya, Rumıniya və Bolqarıstanı əhatə edir.

“TP Engineering”in üstünlüklərindən biri təkcə texnoloji deyil, həm də ekoloji tələbləri nəzərə alaraq kompleks həllər təklif etməsidir. Məhz bu cür yanaşma sənaye müəssisələrinin getdikcə daha çox davamlılıq və ətraf mühitə uyğunluq tələbləri ilə üzləşdiyi Azərbaycanda da böyük əhəmiyyət qazanır.

Azərbaycan ictimaiyyətində şirkət hələlik az tanınsa da, o, xaricdə onlarla iri layihəyə, o cümlədən neft emalı zavodlarının bərpa edilməsi və təmizləyici qurğuların modernləşdirilməsi sahəsində layihələrə imza atıb. Belədə vacib sual yaranır: bu qədər fəal beynəlxalq təcrübəyə sahib podratçı niyə indi daxili bazara qayıdır?

Təcrübə ilə geri dönüş

Ekspertlər “TP Engineering”in geri dönüşünün Azərbaycanda enerji layihələrinin aktivləşməsi ilə üst-üstə düşdüyünü vurğulayır. Şirkətin bu vəziyyəti fürsətlər pəncərəsi kimi qiymətləndirə biləcəyii stisna deyil, xüsusilə də beynəlxalq təcrübəyə malik, lakin yerli kökləri olan EPCM-podratçılara ehtiyacın artdığı şəraitdə.

Qeyd olunası məqamlardan biri də odur ki, “TP Engineering” gəlirlərinin əsas hissəsini xaricdən əldə etsə də, inzibati mərkəzini Bakıda saxlayır. Bu da iş yerlərinin yaradılması və dövlət büdcəsinə vergi ödənişləri ilə ölkə iqtisadiyyatına real fayda deməkdir.

Bu, şirkətin xarici texnologiyalar və daxili sənayenin ehtiyacları arasında vasitəçi kimi nəzərdən keçirilməsinə imkan verir. Lakin yeni texnologiyaların tətbiqinin nə dərəcədə real olacağı yalnız şirkətdən yox, həm də dövlət siyasətindən asılıdır.


Dəstək və rəqabət məsələləri

Hazırda Azərbaycanda xaricdə inkişaf edib böyümüş özəl şirkətlərin ölkəyə qayıdaraq iri transformasiya layihələrinə töhfə verməsi geniş yayılmış təcrübə deyil. Belə şirkətlərin ölkəyə dönüşü dövlətin maliyyələşdirmə alətlərinin inkişafı, strateji layihələrə e-çıxışın asanlaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması zərurətindən qaynaqlanır.

Bu baxımdan “TP Engineering”in gəlişi yalnız biznes təşəbbüsü kimi deyil, həm də yerli bazarın bu cür şirkətlərin iştirakına nə dərəcədə açıq olduğunu göstərən bir növ sınaq kimi qiymətləndirilə bilər.

Texnologiya və kadrlar: ölkə daxilində nəyə ehtiyac ola bilər?

“TP Engineering” yalnız texnologiyaya deyil, insan resurslarına da önəm verir. Şirkət Rusiyada Qabaqcıl Peşə Hazırlığı Mərkəzi ilə birlikdə qaynaqçı və çilingərlər üçün təcrübəyə əsaslanan sürətləndirilmiş təlim proqramı həyata keçirir.

Bu cür proqramlar Azərbaycanda da tətbiq oluna bilər, çünki onlar müasir sənayenin tələblərinə uyğunlaşdırılıb və ehtiyac olduqda ixtisas və istiqamət sayı genişləndirilə bilər.

Perspektivdə isə bu, Azərbaycandan kənara kadr ixracını stimullaşdıra bilər: məsələn, Rusiyada işçi qüvvəsi çatışmazlığı halında Azərbaycan ixtisaslı işçi potensialından maksimum yararlana bilər.

Amma hələlik ölkəmizdə belə proqramların geniş miqyasda həyata keçirilməsi üçün infrastruktur kifayət etmir. Halbuki buna buna ehtiyac var.

“Peşəkar miqrantlar” inkişafın hərəkətverici qüvvəsi ola bilərmi?

“TP Engineering” beynəlxalq nüfuz qazanmış, lakin indi vətəndə möhkəmlənmək istəyən yeganə Azərbaycan şirkəti deyil. Lakin bu nadir nümunələrdən biridir ki, söhbət bəyannamələrdən yox, konkret nailiyyətlərdən gedir: yüzlərlə reallaşmış layihə, beynəlxalq standartlara uyğun mühəndis heyəti, yaxşı işləyən texnologiyalar.

Əsas sual odur ki, belə şirkətlərə ölkənin modernizasiya gündəliyində olan layihələrdə, yəni neft-qaz sahəsindən tutmuş emal və kimya sənayesində reallaşan layihələrdə iştirak etmək üçün şərait yaradılacaqmı? Hələ ki, bu sualın cavabı bəlli deyil. Amma onların daxili bazara geri dönüşü artıq vacib siqnaldır: Azərbaycan təkcə vətənpərvərlik çağırışları ilə yox, həm də iş üçün real iqtisadi və institusional əsaslar təklif etməklə beynəlxalq təcrübəyə malik peşəkarlarını geri qaytara bilər.

Bu kontekstdə Bakı Enerji Həftəsi sadəcə işgüzar tədbir yox, həm də Azərbaycanın öz insan və texnoloji kapitalını nə dərəcədə tanıdığını və dəstəkləməyə hazır olduğunu nümayiş etdirəcək sınaq olacaq.скачать dle 11.3
Mojo.az Banner