Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb

19.04.2025 18:12 903
Tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.


Median.Az-ın məlumatına görə, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.


Belə ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Nuh Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Orxan Rasifoğlu

Son xəbərlər