Mojo.az Banner
23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |     22:41 Lavrovdan Paşinyana açıq xəbərdarlıq: İki stulda oturmaq olmaz  |     22:36 Bakıda sürücü sükan arxasında öldü  |     22:29 Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)  |     22:22 Azovda həlak olanların nəşi vətənə gətirildi  |     22:16 "Paşinyanı dəstəklədiyim üçün çox qürur duyuram" - Trampdan təbrik  |     22:11 Hacıqabulda açıq ərazidə yanğın söndürüldü  |     22:02 Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO  |     21:55 Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər  |     21:51 Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib  |     21:43 İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:41 Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən qadının məhkəməsi  |     21:31 Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi  |     21:30 Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA  |     21:21 Tovuzda fermada MÜƏMMALI ÖLÜM  |     21:17 Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı  |     21:09 Dondurmanın gözlənilməz FAYDASI  |     21:04 35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev  |    
Left Banner
Right Banner

Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA

18.04.2025 18:26 894
Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
Sabirabadın Surra kənd sakini, Vətən müharibəsi iştirakçısı 1997-ci il təvəllüdlü Ruhin İnqilab oğlu Mamedzadə aprelin 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandırmağa və intihara cəhd edib.

Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) həmin müharibə iştirakçısı ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, R.Mamedzadə Vətən müharibəsinin iştirakçısı olmasından sui-istifadə edərək 2024-cü ilin sentyabr ayında Surra kəndinin ərazisində, Sabirabad-Padar avtomobil yolunun mühafizə zolağında, Sabirabad və Saatlı rayonlarını içməli su ilə təmin edən magistral su kəmərinin üzərində 252 kvadratmetr sahədə qeyri-qanuni ticarət obyektinin tikintisinə başlayıb:

"Qeyri-qanuni tikinti ilə əlaqədar RİH tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 23.09.2024-cü il tarixli 0859 nömrəli qərarı ilə qeyri-qanuni tikinti işləri dayandırılıb. Verilən məlumata görə, R.Mamedzadə həmin ərazini Sabirabad şəhər sakininə 20 min manata satıb və tikinti işləri dayandırıldığından həmin şəxs ondan pullarını tələb edib.

Məlumat üçün bildiririk ki, Ruhin Mamedzadəyə RİH-in təşəbbüsü ilə 0.24 ha həyətyanı torpaq sahəsi verilib, 1.0 ha əkinəyararlı torpaq sahəsi ayrılıb. Lakin R.Mamedzadə heç bir səbəb göstərmədən əkinəyararlı torpaq sahəsindən imtina edib. RİH tərəfindən R.Mamedzadəyə müxtəlif vaxtlarda kifayət qədər maddi yardım da edilib, 2022-ci ildə isə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodlarından birində işlə təmin olunub. Lakin 6 ay işlədikdən sonra işə gəlmədən əməkhaqqı almaq tələbi irəli sürüb, buna razılıq verilmədiyindən işdən çıxıb".

Rəsmi məlumatda qeyd edilib ki, 2023-cü ildə R.Mamedzadə özünəməşğulluq proqramı çərçivəsində ona verilmiş 3 baş iri buynuzlu mal-qaranı və yemi satıb: "Sonradan guya mal-qaranın tələf olduğunu iddia etsə də, bununla bağlı heç bir sübut və rəsmi sənəd təqdim edə bilməyib.

R.Mamedzadə işlə təmin olunması ilə bağlı nə rayon İcra Hakimiyyətinə, nə də məşğulluq orqanlarına müraciət edib, baxmayaraq ki, mal-qaranı satdığı üçün o, işsiz kimi qeydiyyata alınmayıb. R.Məmmədzadənin qeyri-qanuni tikinti aparması üçün anasının adına 15 min manat kredit götürməsi faktı da təsdiqini tapmayıb. Belə ki, rəsmi sənədlərə əsasən, müəllimə işləyən anasının adına iddia etdiyi kimi 15 min manat kredit götürülməyib.

Təəssüf hissi ilə qeyd edirik ki, göstərilən diqqət və qayğıya baxmayaraq R.Mamedzadə hələ də öz şəxsi mənafeyi naminə "Müharibə iştirakçısı" adına layiq olmayan hərəkətlər etməkdə davam edir. Belə hərəkətlərinə və digər əməllərinə görə Ruhin Mamedzadə rayonda və xüsusən də yaşadığı kənddə insanlar tərəfindən özünü normal idarə etməyən kimi xarakterizə olunur.

Ümumiyyətlə, Sabirabad Rayon İcra Hakimiyyətində digər rayonlarda olduğu kimi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür".скачать dle 11.3
Mojo.az Banner