Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX-nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? - MƏHKƏMƏ

18.04.2025 12:12 1 899
DTX-nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? - MƏHKƏMƏ
Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilən, kompüter məlumatlarını qanunsuz ələ keçirdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan "Zeromap" MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədə işə yeni qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev ifadəsində bildirib: "Ultra Technologies" MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda, müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam".

Təqsirləndirilən şəxs "Ultra Technologies" MMC-nin sistemlərinə qanunsuz müdaxilə etməyinə münasibətini bildirərək qeyd edib ki, onun məqsədi bu sistemi yoxlamaq olub.

"Mən ekspertəm. Yoxlamaq mənim işimdir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm. "Ultra Technologies" MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub".

Tural Əliyev istifadə etdiyi kiberproqlamların audit tipli olmaqla yanaşı, sistemlərdə olan boşluqları müəyyən edib şirkətlərə müəyyən məlumatlar verilməsi üçün istifadə etdiyini bildirib.

"Mənim hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Hazırladığım proqram təminatı barədə "İdrak" şirkətinin prezidenti Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım".

Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı o da müəyyən olunub ki, təqsirləndirilən "User Elşən" adlı şəxslə əlaqə saxlayaraq şirkətlərin sisteminə müdaxilələrlə bağlı müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

O, kiberproqramlar vasitəsilə İsrail və ABŞ-yə məxsus şirkətlərin müəyyən məlumatlarını da əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin "Alfa Black Cat" kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında "Karnaval" ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda, təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.
//oxu.az

Son xəbərlər