Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda haker proqramlarla düşmənə yox, daxili serverlərə müdaxilə edən kim olub?

04.04.2025 11:28 1 212
Azərbaycanda haker proqramlarla düşmənə yox, daxili serverlərə müdaxilə edən kim olub?
Kibercinayətkarlıq etməklə kompüter məlumatlarını ələ keçirməkdə, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilərək, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış Tural Əliyevin barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

"İdrak" şirkətinin prezidenti Hikmət Abdullayev şahid qismində sərbəst ifadə verib.

Hikmət Abdullayevin həbsdə olan Tural Əliyevin içraçı direktoru olduğu və kiberhücumların aparıldığı "Zeromap" MMC-nin təsisçisi olduğu məlum olub.

Şahid ifadəsində vurğulayıb ki, o, təqsirləndirilən şəxsi İT sahəsindəki mükəmməl bacarıqlarına görə tanıyıb və işə götürüb.

"Onu işə götürdüm və özünü göstərməyi tapşırdım. Eyni zamanda, ona iş görməsi üçün bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini bildirdim. Bununla yanaşı, ona dünyanın heç bir ölkəsinin şirkətlərinin gizlin şəkildə məxfi məlumatlarına daxil olmamasını tapşırdım. Belə ki, bu cinayətdir".

Şahid bildirib ki, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib:

"Həmin proqramı biz dövlət orqanlarına təqdim edəcəkdik. Onlar bəyənsəydilər, tətbiq edəcəkdik. Bir müddət sonra xaricdən ölkəyə qayıdan zaman məni hava limanında DTX əməkdaşları qarşıladı və istintaqa dəvət etdilər".

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında "Ultra Texniki" MMC-nin serverinə də qanunsuz müdaxilə edib.

Daha sonra iş üzrə şahid qismində tanınan İT proqramçısı E.Abdullayev ifadə verib: "İkimiz də eyni sahə üzrə fəaliyyət göstəririk. Forumların birində tanış olmuşuq".

E.Abdullayev bildirib ki, Tural Əliyev casus proqramlarına meyilli idi, bəzi şirkətlərə kiberhücum cəhdləri edib, lakin uğursuz nəticələnib.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi elan olunub.

Təqsirləndirilən şəxs Tural Əliyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner