Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

“Beş-altı ay idi evlənmişdilər” - Yasamaldakı qətlin detalları + VİDEO

17.04.2025 22:39 735
“Beş-altı ay idi evlənmişdilər” - Yasamaldakı qətlin detalları + VİDEO
Aprelin 16-sı paytaxtın Yasamal rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
 
Median.Az-ın məlumatına görə, amansızlıqla qətlə yetirilən Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng edib onun işə getmədiyi barədə məlumat veriblər.
 
Bundan sonra X.Məmmədovanın qardaşı onun evinə gedərək cansız bədənini aşkar edib.
 
Qətli törədən ər-Bürhan İlham oğlu Məmmədov isə axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.
 
Binanın komendantının sözlərinə görə, cütlük 5-6 ay əvvəl ailə qurubmuş:
 
“Beş-altı ay idi evlənmişdilər, burada qalırdılar. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanım işə getməyib. İş yerindən ata-anasına zəng ediblər. Qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir”.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ətraflı BakuTV-nin süjetində:

Son xəbərlər